Modern.az

Almanlar Ermənistanın Gəncəyə raket hücumu barədə məlumatlandırıldı

Almanlar Ermənistanın Gəncəyə raket hücumu barədə məlumatlandırıldı

Aktual

19 Oktyabr 2020, 21:08

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbəsi nəticəsində həlak olan çox sayda insanın, o cümlədən azyaşlı və qadınların xatirəsinin yad edilməsi üçün Azərbaycanın Almaniyadakı səfirliyinin qarşısında stend quraşdırılıb.

 

Modern.az xəbər verir ki, stenddə erməni vəhşiliyinin qurbanı olan şəxslərin, o cümlədən uşaqların, habelə raket zərbəsi nəticəsində dağılmış yaşayış binaları və mülki obyektlərin fotoları əksini tapıb.

 

Almaniyadakı diasporumuzun üzvləri və alman ictimaiyyəti səfirlik önündə quraşdırılan stendlə bağlı məlumatlandırılıb, habelə bu barədə məlumat səfirliyin rəsmi internet səhifəsi və "Twitter” hesabında yerləşdirilib.

 

Hazırda diasporumuzun üzvləri, almanlar, eləcə də Almaniyada yaşayan digər millətlərin nümayəndələri səfirliyin önünə gələrək, erməni terrorunun qurbanı olmuş dinc sakinlərin xatirəsini anırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir