Modern.az

Mövzuları “Dərs vaxtı”nda öyrənin - Nazirlikdən tövsiyə

Mövzuları “Dərs vaxtı”nda öyrənin - Nazirlikdən tövsiyə

Aktual

19 Oktyabr 2020, 21:51

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı oktyabrın 19-u üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, proqramda Azərbaycan və rus bölməsi üzrə dərslər izlənilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

 

Xatırladaq ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (//video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?