Modern.az

Türkiyədə bir gündə 2000-ə yaxın yoluxma aşkarlandı

Türkiyədə bir gündə 2000-ə yaxın yoluxma aşkarlandı

19 Oktyabr 2020, 23:01

Türkiyədə son 24 saat ərzində daha 75 nəfər yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 371 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 958 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 349 519 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 424 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 305 427 nəfər təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər