Modern.az

“OPEC plus” ölkələri razılığa gəldilər

“OPEC plus” ölkələri razılığa gəldilər

20 Oktyabr 2020, 00:21

"OPEC plus" ölkələri sazişin tam şəkildə icrasını davam etdirmək barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsi zamanı Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

 

Onun sözlərinə görə, "OPEC plus" monitorinq komitəsinin nazirlərinin növbəti iclası bu ilin noyabr ayında keçiriləcək:

"Görüşün nəticələri üzrə sazişin tam şəkildə icrasının davam etdirilməsi barədə razılıq əldə edildi, müvafiq tövsiyələr verildi. Növbəti dəfə noyabr ayında görüşmək barədə razılığa gəldik".

 

Qeyd edək ki, bu gün "OPEC plus" monitorinq komitəsinin nazirləri arasında növbəti videoformatda görüş keçirilib. Görüş zamanı nazirlər neft hasilatının azaldılması barədə sazişin icrasını müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?