Modern.az

“Qatar Airways” da Ermənistana silah daşıyır

“Qatar Airways” da Ermənistana silah daşıyır

20 Oktyabr 2020, 00:57

Humanitar yük adı altında Ermənistana silah-sursat daşıyan təyyarələr Yerevan aeroportuna enməkdə davam edirlər.

 

Modern.az xəbər verir ki, oktyabrın 19-da gündüz Ermənistan paytaxtına növbəti şübhəli reys gəlib.

 

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, saat 12:17-də Qətər Hava Yolları ("Qatar Airways") Şirkətinin təyyarəsi Yerevana enib. Ermənistana yüz tondan artıq şübhəli yük gətirilib. Məlumatda bildirilir ki, təyyarə Los-Ancelesdən uçub və "Qarabağın dinc sakinləri üçün nəzərdə tutulmuş humanitar yük" daşıyıb.

 

Maraqlıdır ki, təyyarə hələ oktyabrın 15-də uçmalı və Türkiyənin hava məkanından keçməli idi. Amma görünür, Türkiyə əsaslı şübhələrə görə, humanitar yük adı altında silah-sursat gətirən təyyarəyə hava dəhlizini bağlayıb. Dörd gün sonra bu təyyarə Zvartnots hava limanına enib (virtualaz.org).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?