Modern.az

Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən nümunəvi addım

Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən nümunəvi addım

20 Oktyabr 2020, 18:56

Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar.

Modern.az xəbər verir ki, tədbirdən  öncə Türkiyənin  “İstiqlal marşı” və Azərbaycan milli marşı səsləndirilib.

 

Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinin sədri Tural İsabəyli çıxışında Ermənistanın mülki insanları qəsdən hədəf almasını   cəbhədəki uğursuzluqlarının nəticəsi kimi qiymətləndirib. Bununla yanaşı, o, beynəlxalq təşkilatların  beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirmələrinin  vacib olduğunu bildirərək qeyd edib: "Türkiyə dövlətinə və xalqına  minnətdarlığımızı bildirir, birlik və bərabərliyimizin sarsılmaz olacağını ifadə etmək istəyirik. Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclər olaraq bütün dünyaya dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın yanında olduğumuzu, dövlətimizin siyasətini tam dəstəklədiyimizi, ehtiyac duyulduğunda cəbhəyə gedəcəyimizi və vətənimizi qorumaq naminə vəzifəmizi tərəddüdsüz yerinə yetirəcəyimizi bütün dünyaya bildirmək istəyirik. "

 

Çıxışlardan sonra tələbələr  “ Qarabağa dönürük”,  “Qarabağ Azərbaycandır” “Erməni terroruna son”, “Eşq olsun Azərbaycan ordusuna” kimi şüarlar səsləndiriblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir