Ermənistanda koronavirusla bağlı vəziyyət acınacaqlı olaraq qalır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son sutka ərzində daha 1 836 nəfər koronavirusa yoluxub. 24 saatda daha 20 aktiv koronaviruslu xəstə isə dünyasını dəyişib.
Beləliklə, Ermənistanda 66 694 nəfər COVID-19-a yoluxub. Hazırda 17 869 koronaviruslu xəstə müalicə alır.