Modern.az

Avropa İttifaqının prezidenti İçərişəhərdə təndir çörəyinin dadına baxıb - FOTO

Avropa İttifaqının prezidenti İçərişəhərdə təndir çörəyinin dadına baxıb - FOTO

5 İyul 2012, 19:42

Avropa İttifaqı Şurasının Prezidenti Herman Van Rompey Azərbaycana səfəri çərçivəsində Bakının qədim hissəsi ilə tanış olub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qonağın İçərişəhərdə gəzintisi Qız Qalası ilə tanışlıqdan başlayıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Pompeyə qədim şəhər barədə məlumat verib. Bakının simvolu olan əzəmətli Qız Qalasının tarixi, həmçinin yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki müxtəlif tarixi dövrlərə aid olan daş ekspozisiya barədə məlumat qonağa təqdim edilib.

Azərbaycanın geniş tarixi iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr – Buxara və Multanı Karvansaraları ilə tanışlıqla gəzinti davam etdirilib. Kiçik Qala küçəsində cənab Herman Van Rompey Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb. Daha sonra ortа əsr şərq mеmаrlığının şаh əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” barədə dolğun məlumat qonağın diqqətinə çatdırılıb. Rompey “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub, burada milli üslublarda tərtib edilmiş karvansara hücrələrinə  baxıb. Sonda qonaq İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir