Modern.az

Türkiyə ilə Fransa dostlaşır

Türkiyə ilə Fransa dostlaşır

5 İyul 2012, 20:23

Fransada prezident dəyişikliyindən sonra Paris-Ankara əlaqələrində yeni dövr başlayır.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, sabah keçiriləcək “Suriyanın dostları” toplantısında iştirak etmək üçün Fransaya gedən xarici işlər naziri Əhməd Davudoğlu dekabr ayından bəri bu ölkəyə tətbiq olunan sanksiyaların qaldırıldığını deyib.

Davudoğlu həmkarı Loren Fabiusla görüşdən sonra verdiyi açıqlamada bildirib ki, 1915-ci il hadisələrinə dair erməni iddialarının inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi səbəbilə Fransaya tətbiq edilən sanksiyalar ləğv edilib.

Fabius isə “Sarkozi iqtidarıyla eyni yanaşma nümayiş etdirməyimizdən söhbət gedə bilməz” deyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir