Modern.az

Bakı şəhərində 14 prokurorluq əməkdaşı cəzalandırılıb

Bakı şəhərində 14 prokurorluq əməkdaşı cəzalandırılıb

Təhsil

22 Yanvar 2010, 22:00

Yanvarın 22-də Bakı Şəhər Prokurorluğunda şəhər prokurorluq orqanları tərəfindən 2009-cu ildə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildir
ib ki, 2009-cu ildə 10 min 781 cinayət hadisəsi qeydə alınıb, onların 81 faizinin üstü açılıb. Uzun müddət bağlı qalan adam öldürmək və quldurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və pisxotrop maddələrin dövriyyədən çıxarılması, hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib.
Bildirilib ki, il ərzində prokurorluqda 539, daxili işlər orqanlarında isə 4275 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.
Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri
nin araşdırıldığı, həmin cinayətləri törətmiş şəxslərib ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunduğu verğelanıb. 
Müşavirədə bildirilib ki, hesabat dövründə əldə olunmuş nailiyyətlərlə yanaşı nöqsanlar da mövcuddur.
2009-cu ildə baş vermiş 3 qəsdən adamöldurmə, 21 quldurluq və 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir.
Prokurorluq əməkdaşlarından əmək və icra intizamına tam, dəqiq riayət olunması tələb edil
ib, qanun pozuntularına yol vermiş işçilər barəsində ciddi tədbirlər görülüb, ötən il prokurorluğun 14 əməkdaşı intizam qaydasında cəzalandırılıb.
Müşavirədə şəhər prokurorunun müavini Qənimət Səfərov və rayon prokurorları hesabat ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində görülmüş işlər barədə ətraflı məruzə e
dib.
Sonda Bakı şəhər prokuroru Əziz Seyidov müşavirəyə yekun vurub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi