Modern.az

Düşmən terroru nəticəsində 8 şagird həlak olub, 16-sı yaralanıb

Düşmən terroru nəticəsində 8 şagird həlak olub, 16-sı yaralanıb

Təhsil

24 Oktyabr 2020, 13:22

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib:

 

“Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

 

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub