Modern.az

Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb  

Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb  

24 Oktyabr 2020, 18:30

Amerikada yaşayan soydaşımız, Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli  Nyu York şəhəri, 9-cu konqres  dairəsinin təmsilçisi xanım Yvette Klark ilə görüşüb. 

 

Modern.az xəbər verir ki, Ercan Yerdələnli Qarabağ həqiqətləri və Ermənistan terroru barədə dairə təmsilçisinə məlumat verib. Görüşdə iştirak edən Türkiyənin Nyu-Yorkdakı Baş konsulu cənab Reyhan Özgür də Ermənistanın işğalçı siyasət yürütdüyünü bildirib. Xanım Yvette Klark görüşdən məmnunluğunu ifadə edib, seçkilərdən sonra yenidən görüşməyə söz verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir