Modern.az

İl ərzində Azərbaycanda poçtlar vasitəsilə 5750086 məktub göndərilib

İl ərzində Azərbaycanda poçtlar vasitəsilə  5750086 məktub göndərilib

Təhsil

23 Yanvar 2010, 17:06

Yanvarın 23-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda nazirliyin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev məruzə ilə çıxış edib.
O, bildirib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 13,6% artaraq 1081,2 milyon manat təşkil edib.
İKT və poçt sektorunda əldə olunan gəlirin 80,1%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşür.  
Rəşad Nəbiyev deyib ki, RİTN üzrə 2009-cu il ərzində 273 yeni iş yeri açılıb. Nazirliyin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 47,1 mln. manat investisiya qoyuluşları həyata keçirilib. Həyata keçirilmiş investisiya layihələri çərçivəsində hesabat ilində respublikanın ümumi telefon şəbəkəsi üzrə 57 202 nömrə (RİTN üzrə 53 891 nömrə) tutumlu yeni ATS-lər istifadəyə verilərək, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 562 113 nömrəyə (RİTN üzrə 1 403 499 nömrə) çatdırılıb.
Ötən il taksafon parkının yeniləşdirilməsi və yeni texnologiyalı taksafonların tətbiqi üçün 500 ədəd yeni kartlı taksafon aparatının alınması məqsədi ilə bağlanmış müqaviləyə uyğun olaraq 110 ədəd taksafon aparatı alınaraq quraşdırılıb və daha 400 ədəd taksafon aparatının alınıb quraşdırılması üçün tədbirlər görülür.
Ölkədə əsas telefon aparatlarının ümumi sayı 86 842 ədəd (RİTN üzrə 82 431 ədəd) artırılaraq 1 395 598 ədəd (RİTN üzrə 1 255 001 ədəd) təşkil edib.
Modernləşdirə tədbirləri nəticəsində respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 01.01.2010-cu il tarixə 87,05%-ə, Bakı şəhər telefon şəbəkəsində və respublikanın digər ərazilərində isə müvafiq olaraq 90,0% və 84,1%-ə çatdırılıb. Kənd ATS-lərinin elektronlaşma səviyyəsi 01.01.2010-cu il tarixə 83.8% təşkil edib.
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 2008-ci ilə 15,1 ədəd olduğu halda, 2009-cu ildə 16 ədəd təşkil edib. Bu göstərici Bakı şəhəri üzrə 34,4 ədəd, respublikanın digər ərazilərində isə 10,5 ədəd təşkil edir. Kənd yerlərində hər 100 nəfər əhaliyə düşən telefon aparatlarının sayı 6,4 ədəddən 6,9 ədədə çatdırılıb.
Mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 1 209 120 nəfər artaraq 7 757 120 nəfər təşkil edib ki, bu da hər 100 nəfərə 86,2 mobil abunəçinin düşməsi deməkdir.
R.Nəbiyev deyib ki, 2009-cu ilin dekabr ayından etibarən 3-cü nəsil mobil rabitə xidmətlərinin (3 G xidməti) tətbiqinə başlanılıb. Belə ki, “Azərfon” MMC tərfindən verilmiş lisenziya əsasında dünya mobil bazarının lideri “Vodafon” şirkəti ilə birlikdə 3G xidmətlərinin tətbiqinə başlanıb. 3G texnologiyasının tətbiqi ölkənin telekommunikasiya bazarında keyfiyyətcə yeni mərhələnin əsasını qoymaqla, təkcə görüntülü danışıq yox, radio-televiziya yayımları üçün yeni mühit, on-line video müşahidələr və digər yeni tipli xidmətlərin verilməsini də təmin edir.
Hazırda Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında genişzolaqlı şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı 64500-i ötüb.
Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 12 ədədə, internet istifadəçilərinin sayı 41-ə bərabər olub.
R.Nəbiyevin sözlərinə görə, ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı keçirilmiş tenderin nəticəsində ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti qalıb gəlib. Hazırda ABŞ-ın “Orbital Sciences Corporation” və Malayziya hökumətinə məxsus və “Measat Satellite Systems” şirkəti tərəfindən birgə istifadə üçün təklif olunan 46°Ş orbital mövqedən istifadənin tənzimlənməsi məqsədilə “Measat Satellite Systems” şirkətləri ilə müqavilənin bağlanılması istiqamətində yekun danışıqlar aparılır.
İl ərzində 82 ədəd şəhər, qəsəbə və kənd poçt şöbəsi binası tikilib istifadəyə verilib. 2009-cu il üzrə “Azərpoçt” MMC-nin tabeli poçt müəssisələri tərəfindən 104 579 ədəd daxili, 7 650 ədəd beynəlxalq bağlama qəbul edilib.
2009-cu ilin yekunu üzrə çıxan məktub korrespondensiyasının sayı 5 750 086 ədəd təşkil edib, bunlardan 668 050 ədədi beynəlxalq, 5 082 037 ədədi respublika daxili göndərişlər olub.
2009-cu il ərzində respublika üzrə 757 395 ədəd pul baratı qəbul edilib, 754 064 ədəd pul baratı isə ödənilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır