Modern.az

Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir

Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir

Aktual

25 Oktyabr 2020, 20:54

"Bu, tamamilə qəbuledilməzdir. Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir".

 

Modern.az xəbər verir ki, bu fikirlər Ombudsman Aparatının açıqlamasında deyilir.

 

Bildirilir ki, Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur:

 

"Belə ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır