Modern.az

Trampdan daha bir Qarabağ AÇIQLAMASI: “Hər şeyi qaydasına salacağıq”

Trampdan daha bir Qarabağ AÇIQLAMASI: “Hər şeyi qaydasına salacağıq”

Aktual

25 Oktyabr 2020, 23:03

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”.

 

Modern.az-ın TASS-a istinadla məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

 

O, Vaşinqtonun Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həll edilməsi üzərində işlədiyini bildirib.

 

“Hər şeyi qaydasına salacağıq. Bu, dediyim kimi, asanlıqla baş verməlidir. Əgər nə etdiyini bilirsənsə, bu asan olacaq”, - deyə Tramp qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı