Modern.az

Abşeronda yol qəzası - xəsarət alan var

Abşeronda yol qəzası - xəsarət alan var

25 Oktyabr 2020, 23:43

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

 

Avtomobil hərəkətdə olarkən motosikletlə toqquşub. Hadisə zamanı motosikletin sürücüsü 1998-ci il təvəllüdlü Atayev Məhəmməd Tahir oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ mil sümüyünün sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı