Modern.az

“Türkiyə olmazsa, olmaz” - Prezidentin köməkçisi

“Türkiyə olmazsa, olmaz” - Prezidentin köməkçisi

26 Oktyabr 2020, 01:00

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Sabah” qəzetinə müsahibə verib. 

 

Modern.az xəbər verir ki, bu barədə H.Hacıyev özünün tvitter hesabında yazıb.

 

“Məmnuniyyətlə “Sabah” qəzetinə Ermənistanın işğalçılıq siyasəti və müharibə cinayətləri barədə müsahibə verdim”, - o bildirib. 

 

Şöbə müdiri müsahibəsində qeyd edib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ üçün masada Türkiyənin olması məsələsində çox israrçıdır.

 

“Türkiyə Cənubi Qafqaza qonşu və qardaşımızdır. ATƏT-in Minsk qrupunun üzvüdür. Yalnız bu coğrafiyaya deyil, bütün dünyada sülhə, ədalət və haqqın yerini tutmasına töhfə verən Türkiyə olmazsa, olmaz”, - deyə H.Hacıyev bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər