Modern.az

Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı

26 Oktyabr 2020, 15:06

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti 27 oktyabr saat 17:00-dək uzadılır.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır