Modern.az

İlham Əliyevdən sərt İTTİHAM: “Gümrüdəki bazadan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”

İlham Əliyevdən sərt İTTİHAM: “Gümrüdəki bazadan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”

Aktual

27 Oktyabr 2020, 11:07

Gümrüdəki bazadan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir