Modern.az

İmamverdi İsmayılov: “Qubadlıların öyünməyə tam haqqı var”  

İmamverdi İsmayılov: “Qubadlıların öyünməyə tam haqqı var”  

27 Oktyabr 2020, 13:50

Qubadlı elini, Qubadlı ictimaiyyətini, Qubadlı camaatını torpaqlarımızın geri qayıtması münasibətilə təbrik edirəm. Qubadlı Azərbaycanın ən laləzar guşələrindən biridir. Çox gözəl fauna və florası var. İnsanları da təbiətinə oxşayırlar.

 

Zəngin, ağıllı, müdrik  alimləri, elm və ictimai xadimləri partiya insanları var. Həmçinin Qubadlının 7 generalı və 11 Milli Qəhrəmanı var.

 

Bu gün də Qubadlı uğrunda gedən döyüşlərdə hamımızın fəxri olan Milli Qəhrəmanımız Şükür Həmidov qəhrəmancasına şəhid oldu. Bu sevindirici haldır ki, cənab prezident onun dəfnində Şükürün atası, hamımızın ağsaqqalı olan Nəriman müəllimə zəng vurub başsağlığı verdi.

 

Nəriman kişi bildirdi ki hər kəs sizin ətrafınızdadır. Övladlarımız şəhid olsun. Şəhidlik zirvədir. Əsas torpaqlarımız geri qayıtsın. Nəriman kişinin cavablarını  qürurla qarşıladıq.

 

Qubadlı məcburi köçkün rayonları içərisində ən stabil rayonlardan biridir. Əhalisinin 90%-i Sumqayıtda məskunlaşıb. Şəhərin icra hakimiyyəti idarə və müəssisə rəhbərləri təşkilatlanmış orqandırlar. Binaları, ofislər var. Yeganə rayondur ki, səhiyyəsi, maarifi təşkilatlanmış formada fəaliyyət göstərir.

 

Bu il Qubadlı gəncləri ən yüksək nəticəni göstəriblər. Qubadlı ziyalıların, elm xadimlərinin, Milli Qəhrəmanların vətəni olub. Ona görə də Qubadlının öyünməyə haqqı var.

 

Qubadlı camaatı yenidən işıqlarını yandıracaq və əkin-biçinlə məşğul olacaqlar. Qürur hissi ilə deyirəm ki, Qubadlıların öyünməyə tam haqqı var.

 

İmamverdi İsmayılov Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir