Modern.az

Ağbirçəklər Şurasının sədri:Şəhid anaları inanırlar ki, övladlarının qanı yerdə qalmayacaq”

Ağbirçəklər Şurasının sədri: “Şəhid anaları inanırlar ki, övladlarının qanı yerdə qalmayacaq”

27 Oktyabr 2020, 14:44

“Bu günlərdə müharibə və karantin şəraitində yaşayırıq. Buna baxmayaraq, Ali Baş Komandanımızın etdiyi qətiyyətli çıxışlar, Ordumuzun uğurlu hərbi əməliyyatları sayəsində xalqımız bayram əhval-ruhiyyəsi yaşayır”.

Bu sözləri Modern.az-a Nəsimi rayonu üzrə Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva deyib:

“30 ildir torpaqlarımız işğal altındadır. Bu illər ərzində cənab prezident İlham Əliyev danışıqlarda mərdi-mərdanə iştirak edib. Bütün Avropa ölkələri Qarabağın Azərbaycanın əzəli torpağı olduğundan əmin olduqları halda 30 ildə heç bir hərəkət etməyiblər”.


Z.Quliyeva qeyd edib ki, 10 il ərzində ulu öndər Heydər Əliyev bir əlində xətkeş, bir əlində xəritə Azərbaycan torpaqlarını, sərhədlərini, Azərbaycanı dünyaya tanıtdı. Bununla da Azərbaycanın tarixini yazdı:

“Ulu öndərimizin layiqli davamçısı, cənab prezident İlham Əliyev Ordumuzun qələbələri ilə yeni tarix yazır. İşğalçı ölkə vəhşi kimi dinc sakinlərimizi öldürüb, torpaqlarımızı, təbii sərvətlərimizi məhv edib. Onlar bu etdiklərinə görə cavab verəcəklər. Bu gün Şəhid anaları “İlhamla irəli!” deyərək, torpaqlarımızın azadlığına, övladlarının qanının yerdə qalmayacağına inanırlar. Biz öz torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizə aparırıq. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu!”.

Nəzrin Vahid 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı