Modern.az

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

27 Oktyabr 2020, 14:48

Fransa rəsmilərinin İslam peyğəmbəri barədə karikaturaları dəstəkləmələri ilə bağlı Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Florent Aydalot İranın Xarici İşlər Nazirliyinə çağırılıb və İranın rəsmi etirazı ona bildirilib.

 

Modern.az-ın məlumatına görə, Fransa rəsmisinə çatdırılıb ki, İslam peyğəmbərinə hər hansı hörmətsizlik kəskin şəkildə pislənilir:

 

"İran Fransada islamofobiyanın güclənməsi və söz azadlığı adı altında nifrətin qızışdırılmasından dərin təəssüflənir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu