Modern.az

Azərbaycan və İran KİV-ləri arasında əlaqələrdən danışılıb

Azərbaycan və İran KİV-ləri arasında əlaqələrdən danışılıb

Aktual

27 Oktyabr 2020, 16:48

Oktyabrın 27-də İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan səfiri Seyid Abbas Müsəvi ilə AZƏRTAC-da keçirilən görüşdə iki ölkənin media qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin prezidentlərinin səyləri sayəsində qarşılıqlı əlaqələrimiz inkişaf edir. Həmçinin Azərbaycanın və İranın media qurumları da sıx əməkdaşlıq edirlər.

 

Bildirilib ki, AZƏRTAC İranın İRNA və Mehr agentlikləri, eləcə də digər mətbu orqanları ilə qarşılıqlı informasiya mübadiləsi aparır. Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrliyi dövründə AZƏRTAC-ın dəstəyi ilə bu qurumun İcraiyyə Komitəsinin 43-cü iclası Tehranda keçirilib. 

 

Görüşdə iki ölkənin KİV-ləri arasında əlaqələri genişləndirmək məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, birgə tədbir və treninqlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür