Modern.az

Biz onları iti qovan kimi qovuruq - Prezidentin köməkçisi

Biz onları iti qovan kimi qovuruq - Prezidentin köməkçisi

29 Oktyabr 2020, 12:07

"Azərbaycan erməni təxribatlarına qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma biz mülki əhaliyə qarşı döyüşmürük".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan Ordusunun ancaq hərbi hədəflərə qarşı döyüşdüyünü vurğulayan H.Hacıyev deyib:

“Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq. Xocalı soyqırımını törədənlərin də çoxunun döyüş meydanında cavabı verilib”.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin əməkdaşları oktyabrın 29-da Bərdəyə səfər ediblər. Səfərin məqsədi diplomatları oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir