Modern.az

Azərbaycan 30 meyit və 2 mülki şəxsi Ermənistana təhvil verib - RƏSMİ

Azərbaycan 30 meyit və 2 mülki şəxsi Ermənistana təhvil verib - RƏSMİ

Ölkə

29 Oktyabr 2020, 13:46

Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

 

H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib:

 

"Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!