Modern.az

BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yaydı

BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yaydı

Aktual

29 Oktyabr 2020, 15:20

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində könüllünün ölümü ilə bağlı bəyanat verib.

 

Modern.az-ın məlumatına görə, o, hadisə ilə sarsıldığını bildirib.

 

Bəyanatda deyilir: "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərində dinc sakilərə humanitar yardım çatdırarkən həlak olması ilə əlaqədar dərindən sarsılmışam. Humanitar təşkilatlar hədəf deyil. Həlak olan şəxsin ailə üzvlərinə başsağlığımı bildirirəm".

 

Qeyd edək ki, ötən gün Ermənistanın Bərdəyə raket hücumu nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, ikisi yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır