Modern.az

Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək? - Qanun belə deyir...

Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək? - Qanun belə deyir...

30 Oktyabr 2020, 09:06

Ermənistan 1988-ci illərdən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edərək, orada yaşayan azərbaycanlılara qarşı qətliamlar törədiblər. Düşmənin təcavüzkar addımları nəticəsində Qərbi Azərbaycandan – Göyçə, Zəngəzur bölgəsindən və Azərbaycan Respublikasının Qarabağ zonasındakı yaşayış məntəqələrindən 1 milyona qədər soydaşımız öz doğma yurd-yuvalarından zorla çıxarılıb. Həmin dövrdə qaçqın və məcburi köçkünlərə dövlət sahib çıxdı.
Məcburi köçkünlərə xüsusi güzəştlər edildi, işlə təmin olundular, kommunal xidmətlərdən azad edildilər, onlara yaşamaq üşün evlər tikildi. Birinci Qarabağ Müharibəsindən keçən 30 ilə yaxın müddət ərzində Azərbaycan hökuməti doğma-yurd yuvalarından didərgin salınan vətəndaşlarına bir çox imkanlar yaradıb.

 

İndi torpaqlarımız işğaldan azad olunur. Sentyabr ayının 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam etdirilir. Bütün Azərbaycan xalqı düşmən tapdağında olan doğma yurdlarımızın tamamilə azad ediləcəyi günü səbirsizliklə gözləyir. Hər kəs əmindir ki, nəhayət uzun illərdir məcburi köçkün həyatı yaşayan 1 milyona yaxın insan öz evlərinə qayıda biləcək.

 

Bu məqamda elə məcburi köçkün adından qurtulduğuna sevinən insanlar üçün də bəzi məqamlar qaranlıq qalıb. Maraqlıdır, öz yurd-yuvalarına qayıtdıqdan sonra məcburi köçkünlərə indiyə qədər tətbiq olunan güzəştlər ləğv ediləcəkmi?

 

Bu suala cavab tapmaq üçün Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanununa nəzər salmaq vacibdir. Belə ki, qanuna əsasən, nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində qüvvədədir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də bu barədə Modern.az-a danışarkən  sözügedən qanuna istinad edib. O bildirib ki, bu qanun bütün məcburi köçkünlərə, eləcə də ərazisi işğaldan azad edilmiş rayonların sakinlərinə də şamil olunur.

 

Nəzrin Vahid

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir