Modern.az

Emin Əmrullayev: “Onlayn təhsilə VPN-siz qoşulmaq mümkün olacaq”

Emin Əmrullayev: “Onlayn təhsilə VPN-siz qoşulmaq mümkün olacaq”

30 Oktyabr 2020, 11:17

Son iki həftədə onlayn dərslərin keçirilməsi üçün müəyyən hazırlıqlar görülüb, teams, zoom platformalarının daha işlək olması üçün aidiyyətlı qurumlarla iş aparır.

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Onun sözlərinə görə, təxminən 10 gün ərzində vəziyyət təhlil edilib və bütün məktəblərdə onlayn dərslərin keçirilməsi barədə qərar verilib:

 

“Təbii ki, bu qərarın icrasında müəyyən çətinliklər olacaq. Qarşıdakı bir neçə həftədə dərslər onlayn olacaq. Onlayn təhsil hazırda daha məqbul hesab edilir.

Son vaxtlar internetin sürətinin azaldığı bir dövrdə insanların ”VPN” kimi müxtəlif proqramlardan istifadə  etdiklərini görürük. Nəzərinizə çatdırım ki, qarşıdakı həftələrdə onlayn təhsilə VPN-siz qoşulmaq mümkün olacaq”.

Nazir qeyd edib ki, VPN proqramından istifadə şagirdələrin onlayn təhsilə qoşulmasına mane ola bilər:

“Ona görə də, istər şagirdlərdən, istərsə valideynlərdən bunu nəzərə almağı xahiş edirik”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir