Modern.az

Türkiyədəki zəlzələdə ölü və yaralı sayı artdı - YENİLƏNİB

Türkiyədəki zəlzələdə ölü və yaralı sayı artdı - YENİLƏNİB

Aktual

30 Oktyabr 2020, 18:47

Bu gün Türkiyədə Egey dənizi yaxınlığında baş verən zəlzələ zamanı ölənlərin sayı 6-ya, yaralananların sayı 202-yə çatıb.

 

Modern.az yerli mediaya istinadən xəbər verir ki, 70 nəfər dağıntılar altından çıxarılaraq xilas edilib. 

Azərbaycan da daxil olmaqla, İsrail, Yunanıstan və s.ölkələr Türkiyəyə öz yardım təkliflərini irəli sürüblər.

 

XXX

Türkiyənin Egey bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin ilkin sayı açıqlanıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, rəsmi qurumlar zəlzələ nəticəsində 4 nəfərin öldüyünü, 120 nəfərin yaralandığını açıqlayıblar.

Bölgədə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Xatırladaq ki, oktyabrın 30-da yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində də hiss edilib.

***

Türkiyənin Egey bölgəsində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində bəzi tikililər dağılıb.

Modern.az xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Kösger hadisə barədə ilkin məlumatda bildirib.

Məlumatda şəhərin Bayraklı və Bornova bölgələrində binaların dağıldığı, ərazidə toz dumanın olduğu bildirilir. Hazırda əraziyə xüsusi xilasedici briqadalar cəlb olunub. Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Qeyd edək ki, otuz saniyə davam edən zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur. Təkanların ocağı yerin 16,54 kilometr dərinliyindədir.

Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.


XXX

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

 

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

 

Dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır