Modern.az

Qənirə Paşayeva Bosniya və Hersoqovinaya gedib

Qənirə Paşayeva Bosniya və Hersoqovinaya gedib

10 İyul 2012, 12:57

Bosniya və Hersoqovinada fəaliyyət göstərən Amerika Universitetinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində millət vəkili Qənirə Paşayevanın Bosniya və Hersoqovinada ölkə rəhbərliyi, Parlamentində və bir sıra başqa dövlət qurumlarında  görüşləri nəzərdə tutulub. Millət vəkili Srebrenitsa soyqırımı qurbanlarının anım tədbirlərində iştirak edəcək.

Qənirə Paşayeva Bosniya və Hersoqovinaya səfəri çərçivəsində bu ölkədə keçiriləcək beynəlxalq konfransda çıxış edəcək və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı məruzə edəcək. Xocalı Soyqırımı, Bağanis-Ayrım, Qaradağlı qətliamı ilə bağlı toplantılar çərçivəsində ətraflı məlumatlar verməklə yanaşı, millət vəkili bir neçə TV-də canlı yayımda çıxış edəcək və Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar, materiallar tədbirlər çərçivəsində yayılacaq.

Səfər çərçivəsində millət vəkili Qənirə Paşayevanın Bosniya və Hersoqovinada fəaliyyət göstərən media və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə, habelə bu ölkədə fəaliyyət göstərən  Azərbaycan və türk əsilli diaspor təşkilatlar ilə də görüşləri olacaq.

Səfər çərçivəsində millət vəkili Sarayevo şəhərində Azərbaycan-Bosniya Dostluq Parkını da ziyarət edəcək.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir