Modern.az

Cəbhə gündəliyi: 30 oktyabrda nələr oldu...

Cəbhə gündəliyi: 30 oktyabrda nələr oldu...

31 Oktyabr 2020, 03:00

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 2-ci ayını yaşayırıq. Oktyabrın 30-da da cəbhədə sakit keçməyib. Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi.

Amma Ermənistan hər dəfə olduğu kimi, yenə də atəşkəsin şərtlərini pozdu.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 30-da yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:


- Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.


- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.


- Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.


- Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


- Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub. Ordumuz tərəfindən adekvat tədbirlər görülüb.


- Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib. Bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsü təqdim olunub.


- Ermənistanın hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.


- Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb. Rəsmi olaraq bildiririk ki, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb.


- Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutub.


- Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.


- Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.
Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.


- Azərbaycan Ordusu daha bir neçə kəndi Ermənistanın işğalından azad edib. 

Bu barədə Prezident İlham Əliyev Tvitter-də yazıb:

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı; 
Zəngilan rayonunun Aladin, Vecnəli; 
Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".


- Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən videoreportaj təqdim olunub.


- Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.
Reaktiv sistemlərin məhv edildiyi anın videogörüntüləri təqdim edilib.


- Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə məhv edib.


- Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.


- Xocalı rayonunun Qarabulaq kəndinin (keçmiş Əsgəran rayonunun Aknaxpyur kəndi) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin xəsarət alması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir