Modern.az

Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib

Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib

31 Oktyabr 2020, 13:08

İsveçrənin Sürix şəhərində Rathausbrücke körpüsünün üzərində topalaşan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına  qarşı icazəli etiraz aksiyası keçirib. 

 

Modern.az xəbər verir ki, aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü və  Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və  İdarə Heyətinin üzvlərinin dəstəyi ilə keçirilib. Aksiya iştirakçıları bildiriblər ki,  Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin  ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf alınması, Ermənistan silahlı qüvvələri tərəfindən 1 ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə  yaşayan 91 mülki şəxsin, o cümlədən uşaqların qətlə yetirilməsi insanlıq əlehinə yönəlmiş müharibə cinayətidir.

 

Azərbaycanın Dövlət himinin oxunduğu aksiyada erməni vandalizmini əks etirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. şüarları səsləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir