Modern.az

Cəbhə xəbərlərini hansı mənbədən alırsınız? - SORĞU

Cəbhə xəbərlərini hansı mənbədən alırsınız? - SORĞU

Mədəni̇yyət

1 Noyabr 2020, 09:56

Azərbaycan Respublikası 2-ci aydır işğalçı Ermənistana qarşı Vətən Müharibəsi aparır. Bu günlərdə “Hər şey Vətən üçün, hər şey qələbə üçün!” devizi hakimdir.

Müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində artıq 4 rayon, 3 qəsəbə, 186 kənd və bir sıra strateji yüksəkliklər düşmən işğalından azad edilib. Cəbhədə əldə etdiyimiz qələbələr bütün vətəndaşlarımızı ruhlandırıb, cəmiyyəti bir yumruq kimi birləşdirib.

Sözsüz ki, bu günlərdə necə deyərlər “hamının gözü yolda, qulağı səsdədir”. Uşaqdan böyüyə hər bir azərbaycanlı cəbhədən xoş müjdə eşitmək istəyir.

Mövcud vəziyyətlə əlaqədar hamı xəbər mənbələrini izləməyə çalışır. Mənbələr isə müxtəlifdir... Bu mənbələr arasında doğru məlumat yayanlar da var, şişirdilmiş, qeyri-dəqiq informasiyalar tirajlayanlar da...

Maraqlıdır, bəs siz cəbhə xəbərlərini hardan almağa üstünlük verirsiniz?

Modern.az saytının oxuculara ünvanladığı budəfəki sorğu xəbər mənbələrilə bağlıdır:

Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?

Saytımızın əsas səhifəsindəki (sağdan aşağıda) “Sorğu” bölməsində Cəbhə xəbərlərini hansı mənbədən alırsınız? sualına cavab vermək üçün sizə təqdim edilən cavablardan birinə səs verməyiniz xahiş olunur.

“Sorğu” bölməsində “Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?” sualına
cavab olaraq aşağıdakı variantlar qeyd edilib:

- Müdafiə Nazirliyinin rəsmi açıqlamalarından
- Yerli telekanallardan
- Xəbər saytlarından
- Yerli radiolardan
- Sosial şəbəkələrdən
- Facebook-dakı blogerlərdən
- Türkiyə telekanallarından
- Başqa xarici KİV-lərdən
- Hamısından
- Digər mənbədən

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı