Modern.az

Onlar bizə dostdur, yoxsa düşmən...

Onlar bizə dostdur, yoxsa düşmən...

Analitika

1 Noyabr 2020, 11:53

Bir məşhur söz var ki, siyasət və futbol haqqında hər kəs nəsə deyə bilər - ilk dəfə İtaliyada eşitmişəm, düşünürəm ki, Azərbaycana da şamil etmək olar bu sözü. Yenǝ dǝ, indiki zaman üçün, aşaĝıdakıları yazmaĝa ehtiyac duydum. Űmid edirəm kiminçünsə faydalı olar.


Türkiyə -
Bizim dostumuz yox, qardaşımızıdır. Amma nəzərə almaq lazımdır ki, Türkiyə Cümhuriyyəti, indiyə qədər, heç zaman bizi bu səviyyədə müdafiə etməyib! 21-ci əsrin ilk onilliyində Türkiyənin Avropa Birliyinə qəbul edilmək uĝrunda çabaları (ədalətsiz olaraq) uĝursuzluqla nəticələndi. Məhz bundan sonra Türkiyə cəsarətlə regionda öz nüfuzunu artırmaq siyasətini yeritməyə başladı. Ərdoĝan bu siyasəti nəticəsində uzun müddət hakimiyyətdə qalmaĝı bacardı. Gərginliklər olsa da, Rusiya-Türkiyə münasibətlərində bir yaxınlaşma baş verdi. Bu yaxınlaşmanın bizimçün perspektivlər açdıĝını prezident İlham Əliyev də vaxtında duydu.


İsrail
- Azərbaycan-Ermənistan münaqişəsini bəzi analtiklər təkcə Türkiyə-Rusiya münaqşəsi deyil, həm də İsrail-İran münaqişəsi sayırlar. Aviqdor Libermanın öz çıxşında vurĝuladıĝı kimi,  Azərbaycan son 25 il ərzində özünün şərəfli və sədaqətli bir dost olduĝunu artıq sübut edib. İsrail hökuməti ilə biz hərbi sahədə çox ciddi bir əməkdaşlıq edirik; indiki müharibə üçün bu əməkdaşliq həlledici oldu! Mən İsraildə olmamışam heç vaxt, amma son günlər bu ölkənin mətbuatı ilə maraqlandım. Deməliyəm ki, İsrail cəmiyyətində bizə münasibət İsrail hökümətində olduĝu qədər də isti deyil. Bizi tanıyırlar, orda Azərbaycan yəhudiləri çoxdur, müəyyən bir diaspor işi də aparırlar, amma İsraillə bizim münasibətlərin inkişafında hələ arzu olunası çox şeylər qalır.


Rusiya
- Artıq çoxdan aydın idi ki, Qarabaĝ məsələsinin həlli üçün Rusiyanın mümkün qədər neytrallaşdırılması zəruridir. Əsas iş isə onu anlamaq idi ki, bu, təkcə zəruri deyil, həm də mümkündür! Buna mən son illər möhkəm inanırdım və dövlətimizin siyasətində də belə bir inamı sezirdim! Rusiya-Türkiyə-İsrail üçbucaĝının hər üç tərəfində daimi gərginlik olsa da,  prezident Ilham Əliyev bu üçbucaĝın içərisində özünə yer edə bilib. Ümid edirəm və inanıram ki, Rusiyanı neytrallaşdırmaq siyasəti davam edəcək. Bu böyük ölkə ilə olduqca ehtiyatlı davranmaq, hər cürə isti münasibətləri əsirgəməmək gələcəkdə də vacibdir! Bakıda rus məktəblərinə, rus dilinin təbliĝinə hücum çəkənlər bunu ciddi şəkildə nəzərə almalıdır!


İran
- Elçibəy hökümətini də çox tənqid edirdilər ki, niyə anti-İran siyasəti yürüdüb? 92-93-cü illərdəki hökumətimiz bəzi məsələlərdə avantürist və naşı olsa da, bəzi digər məsələlərdə olduqca doĝru istiqamət seçmişdi. Konkret olaraq İrana gəldikdə isə, demək lazımdır ki, onların bizə qarşı olmaları çox təbiidir. Biz, məsələn, Rusiya üçün yeri gəlsə dost da ola bilərik, amma İran dünyada yeganə dövlətdir ki, bizim sadəcə mövcudluĝumuz onlarin xarici siyasəti üçün artiq böyük bir problemdir, Bizim güclü olmamamızı isə onlar artq bir təhdid və ciddi təhlükə sayırlar! Mən 1999-cü ildə, Nyu York Universitetində qondarma respublikanın “prezidenti” Arkadi Qukasyanın çıxışına qatılmışam. Bir saatlıq çıxışının xeyli hissəsini İranı tərifləməklə məsĝul oldu, İranın onlara verdiyi siyasi və maddi dəstəkdən danışdı. Bununla belə, biz İsraillə əməkdaşlıĝımızın fonunda nə qədər mümkündürsə, o qədər İranı neytrallaşdırmaĝa çalışmalıyıq. Azərbaycanda son illər İrana hansısa dini müstəvidə rəĝbət bəsləyən bir təbəqə yaranıb, İran bu təbəqədən öz maraqları üçün istifadə etməyə çalışır! Biz də məhz elə həmin təbəqədən İranı neytrallaşdırmaq üçün istifadə edə bilərik!


Pakistan
- Nüvə silahına malik, hərbi cəhətdən qüdrətli bir ölkənin biz rəĝbət bəsləməsi çox-çox xoşdur. Bəyanatlar səviyyəsində olsa da Pakistanın dostluĝu çox əhəmiyyətlidir, amma, əlbəttə, ümid edirik ki, Pakistanın (yaxud hansısa bir üçüncü dövlətin) indiki halda hər hansi şəkildə işə qarişmasına ehtiyac olmayacaq.


ABŞ
- Konkret olaraq Qarabaĝ münaqişəsi mənim ikinci vətənim olan ABŞ üçün maraqlı deyil. Burdakı erməni lobbisinin məhdud (yalnız 2-3 ştatda əhəmiyyətli sayıla biləcək) bir təsiri var. Amma ABŞ-ın xarici siyasəti üçün bu təsir heç zaman önəmli olmayıb. Bəzi analitiklər hesab edir ki, bu son münaqişəmizdə, pərdə arxasından, ABŞ Türkiyənin işə qarişmaq və Rusiyya ilə üz-üzə gəlmək planına xeyir-dua verib. Avropadan fərqli olaraq ABŞ Türkiyənin ənənəvi müttəfiqidir.


Ukrayna -
Bizimlə eyni dərddədir, bizə dost ölkədir. Daha vacib bir məqam isə odur ki, Ukrayna artiq Türkiyə ilə də hərbi sahədə əməkdaşliĝa başlayıb.


Gürcüstan
- Bu qədim qonşumuz da bizimlə eyni dərddədir, maraqlarımız çox sahədə üst-üstə düşür. Gürcüstanda yaşayan azərbaycanlılar o ölkədə heç bir separatizmlə məşĝul olmayıb. Gürcüstan da bu son ayda bizə sədaqət göstərdi!


Fransa
- Burdakı erməni lobbisi ABŞ-dakındn daha təsirlidir və son illərdəki siyasi trendlərin fonunda daha da güclü görünməkdədir. Bu ölkəylə mümkün hər cürə yollarla münasibətləri qoruyub saxlamaq, istiləşdirmək lazımdır. Fransa bizə düşmən olmamalıdır.



Azər Əhmədov,
ABŞ
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi