Modern.az

Mahmud Əhmədinejad İlham Əliyevi İrana dəvət etdi

Mahmud Əhmədinejad İlham Əliyevi İrana dəvət etdi

Aktual

10 İyul 2012, 19:02

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Prezident İlham Əliyevi İrana dəvət edib. Bu barədə Modern.az-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Qoşulmayanlar Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirakla əlaqədar İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad  tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  ünvanlanan  dəvət məktubunu təqdim etmək üçün 11.07.2012-ci il tarixində Bakıya səfər edəcək İran İslam Respublikasının təhsil naziri Həmidrza Babayi səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək və Azərbaycan Respublikasının digər dövlət rəsmilərilə də görüşüb danışıqlar aparacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır