Modern.az

“Qarabağ tarixi” orta məktəblərdə niyə belə tədris olunur? - AÇIQLAMA

“Qarabağ tarixi” orta məktəblərdə niyə belə tədris olunur? - AÇIQLAMA

2 Noyabr 2020, 15:17

““Qarabağ tarixi” fənninin tədrisi ilə bağlı uzun illərdir, müzakirələr gedir. İki mövqe yaranıb. Bir qisim hesab edirdi ki, Qarabağ tarixinin ayrı bir fənn kimi tədris olunması, Qarabağın ayrı bir “respublika” olması anlamına gəlir. Qarabağ Azərbaycanın əzəli, tarixi ərazisidir, buna görə də Azərbaycan tarixinin tərkibində tədris olunmalıdır”.

Bu sözləri Modern.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. Onun sözlərinə görə, başqa bir qisim isə Qarabağın unudulmaması üçün “Qarabağ tarixi”nin  ayrıca bir fənn kimi tədrisini dəstəkləyirdi:


“Nəhayət qərara gəldilər ki, “Qarabağ tarixi” fənni fakultativ formada tədris olunsun”.


N.İsrafilov qeyd edib ki, Qarabağ problem hazırda siyasi məsələdir:

“Ərazi bütövlüyümüzü  bərpa etdikdən sonra dərsliklərin bərpasına baxılmalı, işğal olunan tarixlər azad edilən tarixlərlə əvəz edilməlidir. Azərbaycan tarixində olan 2- 3-cü dərəcəli faktları, tarixləri sıxışdırmaq yolu ilə dərs saatlarını artırmaq lazımdır. Azərbaycan tarixi ilə yanaşı, “Qarabağ tarixi”nin ayrıca bir fənn kimi keçirilməsi beynəlxalq aləmdə bunların ayrı olmasına dair fərqli fikirlər formalaşdıra bilər. İstər sülh, istərsə də müharibə yolu ilə Qarabağ Azərbaycan ərazisi statusunu alacaq”.

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir