Modern.az

Deputat Elxan Süleymanov: “Mən söz vermişəm ki...”

Deputat Elxan Süleymanov: “Mən söz vermişəm ki...”

11 İyul 2012, 13:31

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Şamaxının Çarhan kəndində növbəti bulağın açılışı olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Qasım Qasımov millət vəkili Elxan Süleymanovun Şamaxı seçicilərinin problemlərinə qayğı ilə yanaşdığını qeyd edib: “Çarhan artıq üçüncü kənddir ki, Elxan müəllim buraya öz vəsaiti ilə su çəkdirib, bulaq tikdirib. Bunun üçün də Şamaxı camaatı onun bu nəcib əməllərini heç vaxt unutmayacaq” – deyə o, bildirib. Millət vəkili özü isə bu işlərin davamlı xarakter alacağını bildirib: “Mən söz vermişəm ki, on beş kənddə bu tipli bulaqlar olsun. Mən çox şadam ki, bu gün artıq bu bulaqlardan üçüncüsünü də Şamaxı əhlinin ixtiyarına veririk. Su həyatdır. Demək, bu bulaq da insanlara həyat bəxş edir. İçimdə fəxarət hissi keçirirəm ki, bu gün üçüncü Sabir bulağının da açılışını edirik. Yəqin ki, yaxın zaman ərzində qalan on dörd kənddə də bu bulaqlar olacaq və insanlar bu həyat mənbəyindən istifadə edəcəklər. Qeyd edim ki, bulaqlara Sabir bulağı adının verilməsi də təsadüfi deyil. Mən özümün və Şamaxı camaatının söz ustadımız Sabirə olan diqqət və sevgisini nəzərə alaraq, bu il Sabirin 150 – illiyi ilə əlaqədar olaraq, bütün bulaqlara Sabir bulağı adını verməyi qərara aldım”.
Daha sonra tədbirdə iştirak edən xarici qonaqlar, rayon ziyalıları, kənd ağsaqqalları çıxış edərək, öz seçicilərinə daim diqqət və qayğı göstərdiyinə görə Elxan Süleymanova təşəkkürlərini bildirdilər.

Bulağın açılışından sonra tədbir rayon mərkəzindən gələn aşıq-musiqi qrupunun çıxışı və millət vəkili Elxan Süleymanovun təsis etdiyi M.Ə.Sabir və  S.Ə.Şirvani təqaüdçüləri adına layiq görülən məktəblilərin şeir nömrələri ilə davam edib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi