Arxiv
4 Noyabr 2020, 11:15 | ƏDƏBİYYAT
“...Yalnız el yükünə vətəndir könlüm”

Akif Cabbarlı


Yaxşı yadımdadır, 1967-ci ilin bir payız günü təhsil aldığım Qəbələ rayonunun Hacallı kənd orta məktəbinə səs yayıldı ki, Bakıdan şair qonaqlarımız gəlir. Həyəcanla gözlədik. Fasilə vaxtını Məmməd Rahim, Hikmət Ziya və Gəray Fəzlinin gəlişi hesabına direktorumuz bir saata qədər uzatdı. Gəray müəllimin şeirlərini məktəbimizin əlaçı şagirdlərindən birinin oxuması poeziya məclisinə qəribə, kədərli və izaholunmaz bir ahəng də qatdı. Direktorumuz Əziz müəllim şairin Böyük Vətən Müharibəsində yaralanmasını, boğazından aldığı güllə yarası ilə səs tellərinin ciddi zədələndiyini xatırladanda şairin yanına qaçıb məktəbin həyətindən dərdiyimiz qızılgülləri onun sinəsinə sıxanlar arasında mən də var idim...


Gəray müəllim çox qısa danışdı, bizə təhsil uğurları arzuladı və şeir həvəskarlarını əmin etdi ki, yazsınlar, çap olunmaqda, tanınmaqda onlara yardımçı olanlardan biri də o özü olacaq. Sonralar məktəbimizin yetirməsi Zahid Əfəndizadə haqqında “Azərbaycan gəncləri” qəzetində “Uğurlu yol” yazanda biz Gəray Fəzlinin öz sözünə sadiqliyinin bir daha şahidi olduq.


Gəray Fəzli imzası orta və yaşlı nəslin yaxşı yadındadır. Böyük Vətən Müharibəsindən salamat çıxmış ziyalılar arasında onun da adı xüsusi çəkilir – nasir, şair, publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi, qayğıkeş, prinsipial, mərd insan, əsl vətəndaş idi Gəray müəllim. Mən onu sıradan bir şair, söz adamı kimi tanımırdım. Gəray müəllimin bacısı Pəri xanım nəslimizin gəlini - əmim Ələsgərin həyat yoldaşı idi.


Gəray Fəzlinin mənim təhsil almağımda, işə düzəlməyimdə, sonralar yaradıcılıq fəaliyyətimdə müstəsna xidmətləri olub. Ədəbiyyata və jurnalsitikaya meylimlə bağlı gəldiyi qənaət mənim bioqrafiyamda əvəzolunmaz izlər qoyub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdim, təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərildim. Onun tövsiyə və məsləhətləri günü bu gün də karıma gəlir – istər yaradıcılıqda, istərsə də məişətdə, kollektivdə, dost-yoldaş arasındakı münasibətlərdə.



Gəray müəllim 1925-ci ilin noyabrında Dağıstanın Rutul rayonunda dünyaya gəlmişdi. 1995-ci ilin soyuq noyabr günlərinin birində isə Bakıda əzizlərindən və dostlarından əbədi olaraq ayrıldı. 70 illik ömründə Gəray müəllim çox məhsuldar yaradıcılıq yolu keçmiş, şərəfli bir həyat sürmüşdür. Hələ 17 yaşı tamam olmamış ürəyinin hökmü ilə cəbhəyə yollanmış, ağır döyüşlərdən çıxmış, yaralanıb hospitallarda müalicə almışdı. Ordudan tərxis olunduqdan sonra Pedaqoji İnstitutda təhsil olunmuşdu. 1953-1957-ci illərdə Qax rayonunda müəllimlik etmişdi. 1957-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışmışdır. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim “Ölkəm”, “Mənim səsim”, “Təzə ünvan”, “İldırımlı dağlar”, “Kəhrəba işığında”, “Səadətin ünvanı”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı”, “Xatirəli dünyam” və s.kitabları ilə oxucuların görüşünə gəlmişdir. “Portret cizgiləri” seriyasından sənədli povestlər, oçerklər yazan Gəray müəllim 1991-ci ildə “Hikmət”, 1992-ci ildə “Axtarış”, 1993-cü ildə isə “Kəndin səsi” qəzetlərinə redaktorluq etmişdir. 1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin əsərləri ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri haqqında ölkə mətbuatında müsbət rəylərini bildirmişdilər. Onun şair və yazıçı dostları arasında Qabilin, Əliağa Kürçaylının, İmamverdi Əbilovun, Nəriman Həsənzadənin, Novruz Gəncəlinin, Atif Zeynallının adlarını çəkmək istərdim. Gəray müəllim hörmətli dostunun xatirinə öz oğluna Qabil adı vermişdi. Nəriman Həsənzadə Gəray Fəzlinin şərəfinə “İtirilmiş səs” poemasını yazmışdır.


Gəray müəllim məlum səbəbdən zəngin iç dünyasından gələn şeirlərini, əsərlərini kürsülərdən oxuya bilməsə də, onun sözlərinə yazılmış mahnıları Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova, Yalçın Rzazadə kimi korifeylər, Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar oxuyublar. Azərbaycan Televiziyası və Radiosunun Fondunda qorunub saxlanan verilişlərdə tez-tez Gəray Fəzli poeziyasına müraciət olunur, onun sözlərinə yazılmış mahnılar səslənir. Təbii ki, bu qədirbilənliyə görə kollektivin rəhbərliyinə və əməkdaşlarına alqışlar düşür.


 Gəray Fəzli uşaqlıq və gənclik illərini Qaxda keçirib. Sonralar bu rayonun Güllük kəndində müəllim, məktəb direktoru işləyib. Bu yerlər onun üçün çox əziz idi. Tez-tez Qaxa gedər, uşaqlıq xatirələrini zehnində, qəlbində canlandırardı. Bunları niyə xatırladıram? Çox istərdim ki, Gəray Fəzlinin boya-başa çatdığı, pedaqoji fəaliyyətlə məşğul olduğu rayonda şairin adının əbədiləşdirilməsi ilə bağlı növbəti addımlar atılsın. Bu rayonun sakinləri bir daha bilsinlər ki, vaxtilə bu torpağın üstündə addımlayan, çörəyindən, suyundan dadan tanınmış söz adamı Gəray Fəzlinin ruhu bu yerlərdə dolaşır.


Gəray müəllimin həyata, gələcəyə ünvanlanan, onun yaradıcılıq bioqrafiyasının fəlsəfəsini ortaya qoyan misraları bu gün də aktualdır, cəlbedicidir:

 

Özüm də sirrini bilmirəm nədir -

Bir dərya etibar, bir ümman səbir -

Elə bil tək mənim ürəyimdədir,

Səmadır, səhradır, çəməndir könlüm,

Sevgiyə, sevdaya vətəndir könlüm.

 

Ona Füzulidən ariflik qalıb,

Leylinin eşqindən zəriflik qalıb,

Hələ çəkilməyən neçə yük qalıb...

Demirəm hər yükü çəkəndir könlüm,

Yalnız el yükünə vətəndir könlüm.

 

Yadlar məclisində görünən deyil,

Özgə qapısında sürünən deyil,

Naxələf kürkünə bürünən deyil,

Alçalsa, özünə kəfəndir könlüm,

Əzmə, dəyanətə vətəndir könlüm.

 


Gəray müəllim geniş qəlbli, səxavətli, saf düşüncəli insan idi. Vaxtilə onunla çiyin-çiyinə çalışmış Fikrət Qoca, Adil Babayev, Ənvər və Şahin Əlibəylilər, Cəmil Əlibəyov, Nahid Hacızadə, Tahir Paşazadə, Firudin Ağayev, Emin Mahmudov, Tofiq Rüstəmov, Həbibə Məmmədxanlı, Aqşin Babayev, Sadıq Elcanlı, Mailə Muradxanlı, Ramiz Həsənoğlu, Bünyad Məmmədov, Ələkbər Abbasov, Hafiz Baxış, Nadir Diridağlı və digər tanınmış söz adamları, rejissorlar həmişə söhbətlərində, müsahibələrində Gəray Fəzlinin çoxlarına örnək olası nəcib keyfiyyətlərindən, mərd xüsusiyyətlərindən bəhs ediblər. 2020-ci ilin noyabrı Gəray Fəzlinin taleyindən son nöqtə, əbədiyyətə qovuşma anı kimi keçsə də, gözəl insanın, oxunaqlı romanlar və poemalar müəllifinin, nəğməkar şairin 95 illik yubileyinin göstəricisi kimi tarixiləşir, əbədiləşir. Əminik ki, Azərbaycan Yazıçılar Birliyi, televiziya və radiolar, ədəbi nəşrlər onun hələ də yaşayıb-yaradan dostlarının təəssüratını tamaşaçılara və oxuculara çatdıracaq, ədəbi-bədii irsini araşdıracaqlar. Təbii ki, onun əsərlərinin latın qrafikası ilə yenidən nəşr edilməsi də şairin ruhunu şad edərdi.


Yazının sonunda Gəray müəllimin vaxtilə yazdığı və bu gün də aktual və gərəkli sayılan sətirləri diqqətinizə çatdırmaq istərdim:


“Ürək insanlığın çox mühüm, bəşəri problemlərindən biridir. Ürək ömrü uğrunda gedən mübarizə hamıya eyni dərəcədə aid olan mübarizədir. Bu dünyada heç kəs insanların qiymətli könül səltənətini qorumaqdan, könül azadlığı və səadəti uğrunda gedən mübarizədən kənarda qalmamalıdır, heç kəs!


Məni yazmağa sövq edən səbəblərdən biri, bəlkə də birincisi elə budur. Qoy, heç kəsin ürək asimanında qara buludlar görünməsin!”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Ələkbərzadə koronavirusa yoluxdu 2 Dekabr 2020, 23:46 NATO Gürcüstana dəstəyini gücləndirəcək 2 Dekabr 2020, 23:39 Tonoyan “dqr”in “müdafiə naziri” barədə Azərbaycana məxfi məlumat sızdırıb... 2 Dekabr 2020, 23:25 Fransada məscid təhqir edildi 2 Dekabr 2020, 23:10 Bayrağımız Şuşa qalasında belə asıldı - FOTO 2 Dekabr 2020, 22:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 2 Dekabr 2020, 22:44 Ceyhun Bayramov Lavrovla DANIŞDI 2 Dekabr 2020, 22:30 “Neftçi”nin 11 üzvü koronavirusa yoluxdu 2 Dekabr 2020, 22:20 İrəvanda Paşinyanın istefası tələb olunur - VİDEO 2 Dekabr 2020, 22:08 Türkiyədə koronavirusdan rekord sayda ölüm 2 Dekabr 2020, 21:59 Çavuşoğludan Pompeoya sərt reaksiya: “ABŞ və Fransa Ermənistana dəstək verdi” 2 Dekabr 2020, 21:47 Şəhid Sərxan Həsənovun son zəngi: “Ağlama, ana. Oğlunla fəxr elə” 2 Dekabr 2020, 21:33 Xəzərdə zəlzələ oldu 2 Dekabr 2020, 21:20 Səfirlə nazir arasında Qarabağ müzakirəsi 2 Dekabr 2020, 21:13 Maradonanın son səs yazısı üzə çıxdı: “Çox oğlum var...” 2 Dekabr 2020, 21:04 Nazirlər Kabineti bu qərarda dəyişiklik etdi 2 Dekabr 2020, 20:53 BMT Baş katibi: “Bəşəriyyət təbiətlə müharibə aparır” 2 Dekabr 2020, 20:41 “Bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil” - Fatma Yıldırım 2 Dekabr 2020, 20:30 Federasiya prezidenti koronavirusa yoluxdu 2 Dekabr 2020, 20:18 Dağlıq Qarabağ münaqişəsi ifadəsi mövcud deyil - Azay Quliyev 2 Dekabr 2020, 20:07 Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqləndi 2 Dekabr 2020, 20:00 Fikrət Məmmədov xarici həmkarlarına müraciət etdi 2 Dekabr 2020, 19:51 Laçın ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq - Deputat 2 Dekabr 2020, 19:42 Ceyhun Bayramov yeni səfirin etimadnaməsinin surətini qəbul etdi 2 Dekabr 2020, 19:33 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi 2 Dekabr 2020, 19:24 Rusiyada kütləvi peyvəndləmə başlayır 2 Dekabr 2020, 19:15 Xırdalan şəhərinin bir hissəsində su kəsildi 2 Dekabr 2020, 19:06 Nikol Paşinyan bizim adamdı... 2 Dekabr 2020, 19:00 “Dondurulmuş olan münaqişə deyil, onun həllidir” - Çavuşoğlu 2 Dekabr 2020, 18:58 Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi 2 Dekabr 2020, 18:49 Sülhməramlı kontingentə növbəti maddi-texniki vasitələr çatdırıldı - VİDEO 2 Dekabr 2020, 18:40 Ombudsmanın nümayəndələri məhbuslara baş çəkiblər 2 Dekabr 2020, 18:31 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyasının gündəliyi AÇIQLANDI 2 Dekabr 2020, 18:22 UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı 2 Dekabr 2020, 18:13 Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır 2 Dekabr 2020, 18:06
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?