Modern.az

Milli Qəhrəmanlar müharibənin gedişini DƏYƏRLƏNDİRDİLƏR

Milli Qəhrəmanlar müharibənin gedişini DƏYƏRLƏNDİRDİLƏR

4 Noyabr 2020, 15:22

Ordumuzun Qarabağda apardığı müharibə bütün Azərbaycan xalqının gündəmindədir. İnsanlar artıq hər yeni günə yeni ərazilərimizin azad olunması xəbərini gözləməklə başlayır.

Azərbaycan Milli Qəhrəmanları Modern.az-a müharibənin gedişini dəyərləndiriblər.


Milli Qəhrəman Ehtiram Əliyev
hazırki vəziyyəti illər əvvəl gedən döyüşlərlə müqayisə edib :


“Bugün vahid bir Ordumuz, Ali Baş Komandamız var. Ermənilərin məğlub olmağını izləmək insana zövq verir. Belə taktikalar və döyüş üslubu insanları sevindirir. Ümid edirəm tezliklə Şuşamız, Laçınımız bütün Qarabağımız azad olunacaq.

Təbii ki, o vaxtkı dövrlə indi arasında böyük fərqlər var. O zaman vahid Ordumuz, silah-sursatımız yox idi. Lakin indi ermənilər bizim qarşımızda aciz qalır və dinc əhaliyə atəş açırlar”.


Milli Qəhrəman Vahid Quliyev
hazırda döyüş meydanında hər şeyin qaydasında olduğunu söyləyib:


“Əsgər və zabitlərimiz verilən vəzifələri tam peşəkarcasına yerinə yetirirlər. Ermənistan torpaqlarımızı 4 il müddətinə işğal edib, amma rəşadətli Ordumuz 1 ay ərzində 4 şəhər və 200-dək yaşayış məntəqəsi azad edib. Döyüşlər hazırda dağlıq ərazidə gedir. Şərait, iqlim kimi amillər gedişata təsir edir. Son günlərdə şad xəbərlər azalıb, amma bu o demək deyil ki, döyüşlər zəifləyib. Ümid edirəm yaxın günlərdə yeni  ərazilərimizin azad olunması barədə xəbərlər alacağıq. Şuşa, Laçın və Xocavənd istiqamətlərində ağır döyüşlər gedir. Ermənilər artıq geri çəkildiklərini etiraf ediblər. İnanıram ki, Azərbaycan ordusunun üstünlüyü davamlı olacaq”.

Milli Qəhrəman Sahil Məmmədov
da müharibə ilə bağlı təəssüratlarını bölüşüb:


“Ordumuz texnika baxımından döyüşə hazır olaraq müharibəyə başladı. 90-cı illərdə yetərli təsisatımız yox idi. Amma indi dronlarla, yüksək texnologiyalarla dyüşlərdə diqtə edirik. Güclü ordumuz və dövlətinə, ordusuna inanan xalqımız ilə əminəm ki, biz qələbə çalacağıq”.

 

 

Fidan ƏLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır