Modern.az

BDU-da yeni laborotoriya

BDU-da yeni laborotoriya

Aktual

11 İyul 2012, 17:08

Bu gün Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin nəzdində Carl Zeiss optik mikroskopiya  laboratoriyasının açılışı  olub. Bu barədə Modern.az saytına Bakı Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib. Laboratoriyanın avadanlığı BDU-nun istifadəsinə Carl Zeiss şitkətinin Azərbaycan təmsilçisi olan OPTEC şirkəti tərəfindən verilib. Laboratoriya 10 ədəd Primo Star tədris mikroskopları ilə təchiz edilib, onlardan beşinin komplektinə rəqəmsal kameralar və zəruri proqram təminatı daxildir. Mərasimdə OPTEC şirkətinin və BDU-nun nümayəndələri iştirak ediblər,  laboratoriyanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov və OPTEC şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Nataliya Həmzəyeva açıblar.

Tədris laboratoriyasının açılışından sonra rektor Abel Məhərrəmov və OPTEC B.V. (Hollandiya) şirkətinin manager directoru Aleksandr Fon Korff əməkdaşlıq barədə memorandum imzalayıblar. Sənədə əsasən OPTEC və BDU-nun bazasında müntəzəm olaraq elmi-praktiki və təhsil seminarların keçirilməsi barədə razılığa gəliblər. BDU-nun bazasında, həmçinin, peşə hazırlığı, lazer skaner mikroskopiyası və rəqəmli təsvirin analizi üçün laboratoriyaları olan Carl Zeiss arayış mərkəzinin yaradılması planlaşdırılır.

Rektor Abel Məhərrəmov bildirib ki, “bizim məqsədimiz  gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təchiz etməkdir. Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də, yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq bizim strateji xəttimizdir”.

Nihadə Eyyubova
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!