Modern.az

Yoluxma bu şəkildə davam edərsə, sərt qaydaların tətbiqi... – Deputat

Yoluxma bu şəkildə davam edərsə, sərt qaydaların tətbiqi... – Deputat

Parlament

5 Noyabr 2020, 11:55

Keçən ilin sonlarından yayılmağa başlayan koronavirus pandemiyası dünyanı çənginə alıb. Pandemiya ilə mübarizədə hər bir ölkədə olduğu kimi, Azərbaycanda da karantin rejimi tətbiq olunur. Koronavirusa yoluxmanın bir müddətlik azalması insanlarda məsuliyyətsizliyə və arxayınlaşmağa gətirib çıxardı.

Mövzu barədə Milli Məclisin deputatı Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, fikrimiz cəbhədə olduğu üçün xalq olaraq pandemiyanı ikinci plana atmışıq:


“Fevral ayından başlanan pandemiya iyun-iyul aylarında sürətlə yayıldı.  Koronavirus Azərbaycanda faktiki olaraq dünya ölkələri ilə eyni intensivlikdə davam edir. Avqustda yoluxma sayının azalmasına baxmayaraq, hazırda mövsümi qriplə yanaşı, koronavirusa yoluxmada da ciddi artım nəzərə çarpır. Pandemiyanın ilk dövründə insanların məlumatı az, qorxu və sərt karantin rejimi tətbiq olunduğu üçün karantin qaydalarına ciddi şəkildə əməl olunurdu. Yay dövründə epidemiyoloji vəziyyətin yaxşılaşması insanlarımızı arxayınlaşdırdı və məsuliyyət hissi aşağı düşdü. İndiki vəziyyətdə yenə sürətli artım müşahidə olunur. Müharibə dövründə olduğumuz və fikrimizin cəbhədə qaldığı üçün xalq olaraq pandemiyanı ikinçi plana atmışıq. Amma bu məsuliyyətsizlik etməyimizə əsas vermir.

Koronavirusa təsir edəcək maddənin nə zaman kəşf olunacağı sual altında olan məsələdi. Bu səbəblə İlham Əliyevin göstərişi əsasında qəhrəman ordumuz erməni virusu ilə necə mübarizə aparırsa, biz də koronavirusla eyni mübarizəni aparmalıyıq.

Hökumətin üzərinə düşən vəzifələr var və bunun öhdəsindən layiqincə gəlir. Hökumətin fəaliyyəti ilə vətəndaşınkı üst-üstə düşməsə, nailiyyətimiz çox da ürəkaçan olmuyacaq. Hər bir vətəndaş öz məsuliyyətini dərk edib və koronavirusla mübarizəyə ciddi şəkildə əməl etməlidir”.


Deputatın sözlərinə görə, karantin qaydalarına nəzarət daha da gücləndirilməlidir:

“Mən düşünürəm ki, polislər karantin rejiminə nəzarəti daha da artırmalı və lazım gələrsə, biz açıq havada maska taxılmasının zəruri və məcburi olması barədə qanunvericiliyə dəyişiklik edə bilərik. Hazırkı dövürdə sərt karantin rejiminə keçirilmə, iş yerlərinin bağlanması, SMS icazəyə keçirilməsi ən sonuncu addımdı. Müharibənin bitmədiyi bir şəraitdə bu rejimin tətbiq olunması iqtisadi, sosial, psixoloji gərginlik yarada bilər. Yoluxma bu şəkildə davam edərsə, sərt qaydaların qüvvəyə minməsi qaçılmazdır. Və mən bunu heç arzulamazdım. İnşallah, biz o vəziyyətə gəlib çıxmarıq.

Çalışmalıyıq ki, cəbhədə döyüşlərin getdiyi və həkimlərimizə ehtiyac olduğu bir vaxtda onları koronaviruslu xəstələrlə yükləmiyək. Çünki bir koronavirus xəstəsinə 10 tibb işçisi xidmət etməli olur.

Cərimələrin tətbiqinə polislər ciddi nəzarət etsin. Yaxşı olar ki, hər gün koronavirusla bağlı məlumat verilən zaman günlük nə qədər adam cərimələnib,  onların sayı da qeyd olunsun”.

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı