Modern.az

Kiyev Azərbaycanlıları Konqresi yaralı döyüşçülərə əlil arabaları göndərib

Kiyev Azərbaycanlıları Konqresi yaralı döyüşçülərə əlil arabaları göndərib

Diaspor

5 Noyabr 2020, 17:06

Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da orduya və ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi dəstəklərini əsirgəmirlər.  

 

Komitədən Modern.az-a bildirilib ki, Kiyev Azərbaycanlıları Konqresi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanan, hərbi hospitallarda müalicə olunan hərbçilərimiz üçün nəzərdə tutulmuş 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib.

 

Qeyd edilən əlil arabaları çatdırılması üçün aidiyyatı quruma təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?