Modern.az

Əsgər hərbçi yoldaşını güllələdi

Əsgər hərbçi yoldaşını güllələdi

Aktual

12 İyul 2012, 10:36

Azərbaycan Ordusunda silahlı insident baş verib. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən Şəmkir hərbi birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. İlkin məlumata görə, Azərbaycan Ordusunun əsgəri Çingiz Bədəlovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Taleh Valeh oğlu Qarabəyova dəyib. Nəticədə T. Qarabəyov aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisə zamanı dünyasını dəyişən T. Qarabəyov Balakən, Ç. Bədəlov isə Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu faktı təsdiqləyib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır