Modern.az

“Həmin şirkətlər Azərbaycan xalqının üzünə necə baxacaqlar?!” - Deputat

“Həmin şirkətlər Azərbaycan xalqının üzünə necə baxacaqlar?!” - Deputat

Aktual

6 Noyabr 2020, 11:36

“Azərbaycan Ordusu bizi sevindirməkdə davam edir. Bütün dövlət qurumlarının birmənalı olaraq bir aylıq maaşlarını Orduya verməsi nümunədir. Orduya 100 milyon manatdan çox vəsait toplanıb. Bu da Azərbaycan cəmiyyətinin qələbəyə olan münasibətinin göstəricisidir».

 

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən deputat Əli Məsimli bildirib.

Deputat təəssüfləndiyi məqamları da qeyd edib:

«Bəzi şirkətlər «Qarabağ Azərbaycandır!» sözünü yazmaqdan qorxurlar. Əmin olsunlar, Qarabağ tam azad olunacaq. Həmin «Qarabağ Azərbaycandır!» yazmağa qorxan şirkətlər Azərbaycan xalqının üzünə necə baxacaqlar?! Hesab edirəm ki, şəhid ailələri və döyüşlərdə olan hərbçilərin ailələrinin kredit borcları istiqamətində işlər görülməlidir».

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?