Modern.az

İrəvan Türk Cümhuriyyəti: “Naxçıvana getmək üçün dəhliz istəyəcəyik”

İrəvan Türk Cümhuriyyəti: “Naxçıvana getmək üçün dəhliz istəyəcəyik”

6 Noyabr 2020, 13:30

İrəvan Türk Cümhuriyyətinin təşəbbüs qrupunun sədri Qafar Çaxmaqlı Modern.az-a açıqlamasında bur qurumun gələcək fəaliyyətindən danışıb:

“İrəvan Türk Cümhuriyyəti 6 aya yaxındır fəaliyyətdədir. Biz Cümhuriyyətin strukturlarını formalaşdırmışıq. Parlamenti əvəz edəcək Millət Şurası fəaliyyət göstərir. Bundan başqa, 14 departament yaradılıb. Bu departamentləri birləşdirən Dövlət Şurası var, bu Şura  gələcəkdə Nazirlər Kabineti rolunu oynayacaq. İrəvan Türk Cümhuriyyətinin hədəflərinə çatmaq üçün Parlament seçkilərində yeni strukturlar yaranacaq. Təmsilcilər Məclisi də müəyyən səlahiyyətləri olan orqandır ki, buraya qoşulacaq üzvlər xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılar olacaq.


Artıq 10 ölkədə və 15 şəhərdə təmsilcilərimiz fəaliyyət göstərir. Qarşımıza qoyduğumuz məqsəd tarixi torpaqlarımızda, indiki Ermənistan ərzisində Türk Cümhuriyyəti qurmaqdır. İddialar ortaya qoyulanda da bəyan etmişik ki, bu torpaqlar bizə aiddir. Vaxtilə İrəvan Xanlığının varlığı da bunun sübutudur. Sonradan 1918-in 29 mayında İrəvan şəhəri ermənilərə güzəşt edilmişdi. Sovet hakimiyyəti illərində Zəngəzur, Dərələyəz və Göyçə mahalları Ermənistana birləşdirilib. Bizlər bu torpaqların sahibləriyik, öz tarixi yerlərimizə iddialıyıq. O ərazilərdə yaşayanların hüquqları qorunmalıdır və Azərbaycan türklərinin doğma yurda dönüşünü təmin eləmək üçün fəaliyyətimizi geniş şəkildə, beynəlxalq aləmdə davam etdiririk. Hədəflərimizdən biri də ondan ibarət idi ki, Qarabağ məsələsində Azərbaycan və Türkiyə dövlətinin yürütdüyü siyasətə dəstək verək.


Qarabağ məsələsində də fikrimiz qətidir və bu, daha öncəki bəyanatlarımızda da yer alıb. Məsələnin həlli danışıqlar yolu ilə mümkün deyil və Qarabağda mütləq  antiterror əməliyyatı keçirilməlidir. Qəhrəman Azərbaycan Ordusu möhtəşəm qələbələr qazanır. Siyasi situasiya Azərbaycanın xeyrinə dəyişir. Dağlıq Qarabağda yaşayan əhalinin burada məskunlaşması üçün böyük səylər göstərildi. Azərbaycanın Prezidenti də dəfələrlə bəyan edib ki, ermənilərə mədəni muxtariyyət verilə bilər. Ermənilər seçim qarşısındadırlar. Şübhəsiz ki, işğalçı Ermənistan ordusunun Qarabağda qalması mümkün deyil. Qarabağdaki üç əsas yolun hamısı ordumuzun nəzartindədir. Ermənistan məğlubiyyətini qəbul etməlidir. Onların ziyalıları müraciətlər edir və bu məsələdə baş nazir Paşinyanı günahlandırırlar. Çox güman ki, ordaki siyasi vəziyyətdə də qarışıqlıq yaranacaq. Əgər gələcəkdə danışıqlar bərpa olunarsa və ermənilərə hər hansı bir status verilməsi gündəmə gələrsə, masada İrəvan Türk Cümhuriyyətinin olması da vacibdir. Onlara Ermənistana getmək üçün bir dəhliz verilərsə, biz də Naxçıvana getmək üçün koridor tələb edəcəyik. Muxtariyyət məsələsi haqqında danışmaq üçün hələ tezdir. Heç bir zaman Ermənistandan muxtariyyət tələb etməmişik, çünki o ərazilərin hamısı bizə aiddir. Konfederativ əsaslarla yaşamaq kimi düşücəmiz yoxdur. Ermənilər bu ərazilərə gəlmədirlər və qan, ölüm gətiriblər. Bölgənin təhlükəsizliyinin  təmin olunması üçün  müəyyən maddələrdən ibarət təkliflərimiz var. Ermənilər burada qalıb yaşamaq istəyirlərsə, Azərbaycan və Türkiyənin şərtlərini qəbul etməlidirlər. Əks təqdirdə,  oların bölgədə yaşamaq şansları yoxdur. Mən belə hesab edirəm ki, Ermənistan dövlətinin həm siyasi, həm də iqtisadi potensialı tükənib. Onların güvəndiyi qüvvələr də gördülər ki, Ermənistanla əməkdaşlıq, strateji müttəfiqlik etmək özlərinə də zərərdir. Bu terror ölkəsinin  dünyaya necə zərər verdiyini bütün dünya anlamaya başlayır.


Qələbə bizimdir, Qarabağ Azərbaycan torpaqlarıdır və  bu hüquqi baxımdan doğrudur, heç bir ölkə mübarizəmizə qarşı çıxa bilməz. Ermənistana vurduğumuz zərbədən sonra onlar uzun müddət özünə gələ bilməyəcək. Ermənilərin Qarabağdan Ermənistana köçməsi mövzusuna gəldikdə isə hələ müharibənin gedişi dövrüdə Qarabağda qurulan qondarma rejimin “məmurları”nın çoxu qaçıb və hazırda mühakimə olunurlar. Orada demək olar ki, mülki əhali yoxdur. Ermənilərin bu bölgədən köçürülməsi Ermənistanın məğlubiyyətinin göstəricisidir və Azərbaycanın lehinədir. Gələcəkdə ermənilərin bura qayıtma məsələsi də problem olacaq. Biz şərtlərimizi irəli sürəcəyik, dediyim kimi, Ermənistanın heç bir şansı yoxdur. Dağlıq Qarabağda status-kvo da ləğv olunub. “Artsax Respublikası” deyilən bir qurum da yoxdur, onun başçısı öldürülüb. Biz bunu aradan qaldırmışıq. Yenidən iddialar qoyularsa, bu, Ermənistanın növbəti yalanı və provakasiyası olacaq. Biz torpaqlarımızı təmizləyib orada abadlıq işləri aparmalıyıq. Azərbaycan inkişaf etməyə davam edəcək”.

 

 Fidan ƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?