Modern.az

“Erməni diasporu xeyriyyə qurumları adı altında orduya vəsait toplayır” - Prezidentin köməkçisi

“Erməni diasporu xeyriyyə qurumları adı altında orduya vəsait toplayır” - Prezidentin köməkçisi

Aktual

6 Noyabr 2020, 16:06

“Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında silahlı qüvvələrinə vəsait toplayır”.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

 

Onun sözlərinə görə, vəsait “Sərhədlər bizik - hər şey “Arsax” üçün” şüarı altında toplanır.

 

““Ermənistan Fondu”, AGBU, “Ontarionun erməni Kanada Tibb Birliyi”, “Erməni Kömək Fondu”, “Tufenkian” vəqfi, “Erməni Kömək Dərnəyi” bu prosesdə iştirak edir”, - deyə H. Hacıyev vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır