Modern.az

Cəbhə gündəliyi: 5 noyabrda nələr oldu...

Cəbhə gündəliyi: 5 noyabrda nələr oldu...

Qarabağ

7 Noyabr 2020, 00:28

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 40-cı günü başa çatdı. Noyabrın 5-də də cəbhədə şiddətli döyüşlər davam etdi. Azərbaycan Ordusu Qarabağın dərinliklərinə doğru irəliləməkdədir.

Modern.az
 saytı Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 5-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Noyabrın 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.


- Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.


- Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.


- Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.


- Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.


- Səhər saat 07:50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.


- Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil. Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.


- Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.


- Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq ələ keçirdiyimiz hərbi texnikaların videgörüntüləri yayılıb.

- Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.

- Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.


- Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.


- Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.


- Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.


- Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.


- Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.


- Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Bu cür məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.


- Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.


- Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən, mövqeləri ataraq qaçıb.

Məlum olub ki, Ermənistandan gətirilərək döyüş mövqelərinə yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda hazırlıqsız, təcrübəsiz və intizamsız olan şəxsi heyət, verilən əmr və tapşırıqlara səhlənkar yanaşıb.


- Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatlar, yanacaq sürtkü materialları çatışmır.

Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.

Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarəolunmasında da problemlər yaranıb.


- Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

- Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan, Qaynaq,Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutub. Ordumuz düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görüb.


- Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb.


- Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasının heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır