Modern.az

Ərdoğan: “Qardaşım İlham Əliyevlə danışdım, İnşallah Qələbəyə yaxınlaşırıq”

Ərdoğan: “Qardaşım İlham Əliyevlə danışdım, İnşallah Qələbəyə yaxınlaşırıq”

7 Noyabr 2020, 17:17

“Bu səhər qardaşım İlham Əliyevlə danışdım. Müsbət irəliləyişləri birbaşa özündən eşitdiyim üçün xüsusilə məmnun oldum. İnşallah Qələbəyə yaxınlaşırıq”.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, Azərbaycan 30 ildir işğal olunmuş ərazilərindən ayrı qalıb: “İnşallah indi işğal altında olan torpaqlarına qovuşacaqlar”.

 

Ərdoğan əlavə edib ki, zalımlar və xainlər bizə nifrət edə bilər: “Bir əsrdir, vicdansızlıqla həyata keçirdikləri ədalətsiz siyasətlərini pozduqlarımız bizə nifrət edərlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?