Modern.az

“Qardaşıma sonsuz minnətdaram” - Sevil Əliyeva

“Qardaşıma sonsuz minnətdaram” - Sevil Əliyeva

Mədəni̇yyət

8 Noyabr 2020, 17:54

“Şuşanın azad edilməsi bütün azərbaycanlıların ümummilli bayramıdır”.

 

Modern.az xəbər verir ki, bunu haqqın.az-a Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bacısı Sevil Əliyeva qələbə sevincini bölüşərkən deyib. 

 

Sevil Əliyeva bildirib ki, Şuşanın azad edilməsi ilə bağlı Prezidentin 8 noyabrda xalqa müraciətini heyranlıq hissi ilə dinləyib:

 

“İnanılmaz sevinci mən həm də ona görə yaşayıram ki, bu gün bizim ailəmiz üçün də özəldir. Bu gün bizim valideynlərimiz- Zərifə və Heydər Əliyevlərin toy günüdür.

 

Və mən qardaşım, Prezident İlham Əliyevə sonsuz minnətdaram ki, bu müqəddəs günü bizim üçün belə bir möhtəşəm hadisəylə - Şuşanın azad edilməsi ilə qeyd etdi. 

 

Hamımızı təbrik edirəm!”

 

Xatırladaq ki, Prezident İlham Əliyev müraciətində bildirmişdi ki, bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib: 

 

“Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?