Modern.az

KIV Fondunda azlıqların məsələsi müzakirə edildi

KIV Fondunda azlıqların məsələsi müzakirə edildi

12 İyul 2012, 20:23


İyulun 12-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Avropa Şurası Məşvərətçi Komitəsinin ekspert qrupunun üzvləri ilə görüş keçirilib. Toplantıda Fondun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmov iştirak edib. Görüşdə “Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası”nın ölkəmizdə icrası istiqamətində medianın gördüyü işlər müzakirə olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli qurumun yaranma tarixi və fəaliyyəti barəsində qonaqlara ətraflı məlumat verib. İcraçı direktor KİV-lərə dövlət dəstəyinin istiqamətləri haqqında, eləcə də milli azlıqların dilinin, mədəniyyətinin, adət və ənənələrinin qorunmasına və inkişafına mətbuatın verdiyi töhfələrdən də söz acıb. O qeyd edib ki, Fondun  elan etdiyi müsabiqələrdə milli azlıqların dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunması və inkişaf etdirilməsi ilə bağlı mövzulara xüsusi diqqət yetirilir.
Ölkədə 90-a yaxın milli və etnik azlığın nümayəndəsinin yaşadığını söyləyən Vüqar Səfərli Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətə başlayandan milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına maliyyə dəstəyi göstərildiyini də diqqətə çatdırıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov milli azlıqların müdafiəsinin Şuranın daim diqqət mərkəzində olduğunu deyib. O bildirib ki, hazırda ölkədə etnik icmaların dilində 15 - dən çox qəzet və jurnal nəşr olunur. Həmin qəzetlərin davamlı çıxması üçün Şura mümkün olan tədbirləri həyata keçirir.  Sözü gedən qəzetlərin maddi texniki bazasının gücləndirilməsi də Şuranın diqqət mərkəzindədir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmli isə qeyd edib ki, milli azlıqların sıx yaşadığı 5 bölgədə yerli teleradio kanalları fəaliyyət göstərir.  Həmin telekanallarda daimi olaraq milli azlıqların mədəniyyətini, adət -ənənəsini əks etdirən verilişlər  yayımlanır. Regional televiziyalardan başaq  İTV-də bu məsələyə xüsusi önəm verir. Bu kanalda hətta sayı 5 mindən az olan xalqlar barəsində belə verilişlər gedir: “Radioda hər gün  rus, fars, ingilis  hətta erməni dillində verilişlər  yayımlanır. Ölkədə kabel və peyk televiziyaları fəaliyyət göstərir ki, azlıqda olan xalqlar bundan sərbəst istifadə edə bilirlər.  Bundan əlavə ölkədə rus dilində  gündəlik  radio və televiziya verilişləri yayımlanır”.

Daha sonra dialoq və diskussiya şəraitində davam edən görüşdə Fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmov qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətiriblər.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?